Məxfilik Siyasəti
BÖLMƏ 1 – MƏLUMATLARINIZ TƏRƏFIMIZDƏN NECƏ ISTIFADƏ OLUNUR?
Siz mağazamızdan hər hansı bir məhsulu alarkən, alqı-satqı prosesinin tərkib hissəsi olaraq bizə təqdim etdiyiniz şəxsi məlumatlarınız – adınız, yaşayış və e-poçt ünvanınız tərəfimizdən toplanılır.
Mağazamızı nəzərdən keçirərkən, brauzerinizi və əməliyyat sisteminizi öyrənməkdə bizə kömək edən kompüterinizin internet protokolu (IP) ünvanı barədə məlumat tərəfimizdən avtomatik olaraq əldə edilir.
E-poçt marketinqi: Biz, mağazamız, yeni məhsullarımız və digər yeniliklər barədə məlumatları sizə, yalnız müvafiq razılığınız olduğu halda, göndərərik.
BÖLMƏ 2 – RAZILIQ
Siz mənim razılığımı necə alırsınız?
Əməliyyatın (əqdin) başa çatdırılması, sifarişin yerləşdirilməsi, kredit kartınızın verifikasiyası, məhsulun göndərilməsi və ya geri qaytarılması ilə bağlı şəxsi məlumatlarınız tərəfinizdən bizə təqdim edilərkən, belə nəzərdə tutuiur ki, bu məlumatların toplanmasına və adı çəkilən məqsədlər üçün istifadə edilməsinə sizin razılığınız vardır.
Əgər sizin şəxsi məlumatlarınızı hər hansı bir ikinci dərəcəli səbəb üzündən əldə etmək ehtiyacı yaranarsa, məsələn, marketinq məqsədləri üçün, onda, biz sizə, ya razılığınızı aydın ifadə etmək, ya da “yox” demək imkanı yaradırıq.
Razılığımı necə geri götürə bilərəm?
Əgər razılıq verdikdən sonra fikriniz dəyişərsə, onda siz istənilən vaxt bizimlə info@nursach.com e-poçt ünvanımız vasitəsi ilə əlaqə yaradaraq, şəxsi məlumatlarınızın tərəfimizdən toplanması, istifadə olunması və ya açiqlanmasi ilə bağlı əvvəl vermiş olduğunuz razılığınızı geri götürə bilərsiniz.
BÖLMƏ 3 – AÇIQLAMA
Veb saytımızdan istifadə Qaydaları və Şərtlərimiz pozulduğu və ya qanunun tələb etdiyi hallarda şəxsi məlumatlarınızın açıqlanmasına tərəfimizdən yol verilə bilər.
BÖLMƏ 4 – ÖDƏNIŞ
Bütün birbaşa ödəniş şlüzləri Visa, MasterCard, American Express və Discover kimi brendlərin birgə səyi olan PCI Təhlükəsizlik Standartları Şurası tərəfindən idarə olunan PCI-DSS tərəfindən müəyyən edilmiş standartlara uyğundur.
PCI-DSS tələbləri mağazamız və onun xidmət təminatçıları tərəfindən kredit kartı məlumatlarının təhlükəsiz idarə olunmasını təmin etməyə kömək edir.
BÖLMƏ 5 – ÜÇÜNCÜ TƏRƏFIN XİDMƏTLƏRİ
Bir qayda olaraq, bizim istifadə etdiyimiz üçüncü tərəf provayderlər məlumatlarınızı yalnız bizə təqdim etdikləri xidmətləri yerinə yetirmək üçün lazım olan dərəcədə toplayacaq, istifadə edəcək və açıqlayacaq.
Bununla belə, ödəniş şlüzləri və digər ödəniş əməliyyatları prosessorları kimi bəzi üçüncü tərəf xidmət təminatçılarının satınalma ilə bağlı əməliyyatlarınız həyata keçirilməsi məqsədi ilə tərəfimizdən onlara təqdim etməmiz tələb olunan məlumatlarla bağlı öz məxfilik siyasətləri mövcuddur.
Odur ki, sizin şəxsi məlumatlarınızın həmin provayderlər tərəfindən necə istifadə ediləcəyi barədə məlumat almaq istəyirsinizsə, onların məxvilik siyasəti ilə tanış olmağınızı tövsiyyə edirik.
Xüsusilə, bəzi provayderlərin, siz və bizdən daha fərqli bir yurisdiksiyada yerləşə və ya təsis edilə biləcəyini unutmayın. Belə olan halda, üçüncü tərəf xidmət təminatçısının xidmətlərini əhatə edən bir əməliyyata davam etsəniz, sizin məlumatınız həmin xidmət təminatçısının və ya onun obyeklərinin yerləşdiyi yurisdiksiya(lar)ın qanunlarının predmeti ola bilər.
Xatırlatmaq istərdik ki, mağazamızın veb saytını tərk etdiyiniz və ya üçüncü tərəfin veb saytına və ya proqram təminatına yönəldildiyiniz andan siz, nə bu Məxfilik Siyasətimizə, nə də veb-saytımızdan istifadə Qaydaları və Şərtlərimizə istinad edə bilərsiniz.
Mağazamızdaki bağlantıları tıkladıqda, veb-saytımızdan kənara yönləndirilə bilərsiniz. Biz başqa veb-saytların Məxfilik Siyasətinə görə məsuliyyət daşımır və onları oxumağınızı təşviq edirik.
BÖLMƏ 6 – TƏHLÜKƏSIZLIK
Şəxsi məlumatınızı qorunmasını təmin etmək məqsədi ilə tərəfimizdən bu sahədə əldə edilmiş ən yaxşı təcrübəyə əməl edilərək, onların itməsinə, köhnəlməsinə, açıqlanmasına, dəyişdirilməsinə və ya məhv edilməsinə qarşı müvafiq tədbirlər görülür.
Bizə kredit kartınız haqqında məlumat verdiyiniz təqdirdə, məlumatlar SSL (Secure Socket Layer) texnologiyası ilə şifrələnir və AES-256 şifrələmə üsulu ilə saxlanılır. İstər internet, istərsə də elektron saxlama vasitəsi ilə məlumatların ötürülməsi heç vaxt 100% təhlükəsiz olmur. Bununla belə, biz PCI-DSS-in bütün tələblərinə riayət edir və hamı tərəfindən qəbul edilmiş əlavə sənaye standartlarını tətbiq edirik.
Cookie fayllari
Biz cookie fayllarından istifadə edirik. Nur Sach MMC-nin veb saytından istifadə etməklə siz, onun məxfilik siyasətinə uyğun olaraq cookie fayllarından istifadəyə razılıq verirsiniz. Müasir interaktiv veb-saytların əksəriyyəti istifadəçinin hər ziyarətində onun məlumatlarını əldə etməyə imkan verən cookie fayllarından istifadə edir. Cookie faylları saytımızın bəzi sahələrinin funksianallığını və ziyarət edənlər üçün istifadə rahatlığını təmin etmək üçün istifadə olunur. Bəzi reklam və digər tərəfdaşlarımız da cookie fayllarından istifadə edə bilər.
BÖLMƏ 7 – YAŞLA BAĞLI RAZILIQ
Bu saytdan istifadə etməklə, siz yaşadığınız ölkə və ya vilayətdə yetkinlik yaşına çatdığınızı bəyan edir, sizin öhdənizdə olan həddi-büluğa çatmamış hər bir kəsin bu saytdan istifadə etməsinə etiraz etmədiyinizi bildirisiniz.
BÖLMƏ 8 – MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR EDILMƏSI
Biz istənilən vaxt Məxvilik Siyasətimizə dəyişikliklər etmək hüququmuzu özümüzdə saxlayırıq. Odur ki, onu tez-tez nəzərdən keçitməyinizi Sizdən rica edirik. Edilən dəyişiklik və aydınlaşdırmalar, onların veb-saytda yerləşdirilməsindən dərhal sonra qüvvəyə minəcək.
Əgər biz öz siyasətimizə əhəmiyyətli dəyişikliklər edəriksə, onda biz elə buradaca sizi bu yeniliklərlə bağlı xəbərdar edəcək, hansı məlumatları toplamağımız, onlardan necə və hansı şərtlər altında, əgər belələri mövcud olarsa, istifadə etməyimiz və/və ya onları açıqlamağımız barədə sizə məlumat verəcəyik.
Əgər mağazamız başqası tərəfindən alınarsa, və ya başqası ilə birləşdirilərsə, onda sizin məlumatlar onun yeni sahiblərinə ötürülə bilər ki, onlar sizə məhsullarını satmaqda davam edə bilsinlər.
BÖLMƏ 8 – SUALLAR VƏ ƏLAQƏ MƏLUMATLARI
Əgər siz özünüz barədə bizdə saxlanılan hər hansı şəxsi məlumatınızı əldə etmək, ona düzəliş etmək və ya onu silmək, şikayətinizi bildirmək və ya daha çox məlumat əldə etmək istəyirsinizsə, onda info@nursach.com e-poçt ünvanımız vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.