ÜZÜYÜN ÖLÇÜSÜNÜN TƏYİN EDILMƏSI
Barmağınıza uyğun üzüyün ölçüsünün təyin edilməsinin bir sıra üsulları mövcuddur: üzüyün daxili diametrinə görə, xüsusi ölçü kalibrlərindən istifadə etməklə və s. Lakin, əlçatan və praktik üsullardan biri üzük taxılacaq barmağınızın ölçüsünün üzüyün daxili çevrəsinin uzunluğuna əsasən təyin edilməsi (yuxarıdakı şəkilə bax) və bu göstəriciyə uyğun standat ölçünün "Üzüyün ölçüsünün uyğunluq cədvəl"indən seçilməsidir. Beləliklə:
1. Barmağınızın üzük taxılan hissəsini 1sm x 10sm ölçüdə kağıza bükün.
2. Çevrənin qapandığı yeri nazik çızıqla işarələyin.
3. Xətkeş vasitəsi ilə kağızın kənarından çızığa qədər olan məsafəni ölçün. Bu, barmağınızın üzük taxılacaq hissəsinin ölçüsü, yəni üzüyün daxili çevrəsinin uzunluğudur. Bu ölçünün hansı ölçü standartına uyğun gəldiyini uyğunluq cədvəlindən müəyyən etmək olar. Məsələn, sözügedən cədvəldə daxili çevrəsinin uzunluğu 51,9 mm olan üzüyə ABŞ ölçü standartına* əsasən uyğun gələn ölçü 6, daxili çevrəsinin uzunluğu 62,3 mm olan üzüyə uyğun gələn ölçü isə 10-dur.
Dünyada ən çox alınan qadın üzükləri 6-dan 8-ə, kişi üzükləri isə 8-dən 14-ə qədər olan ölçüləri əhatə edir. 7 qadınların, 9 isə kişilərin ən çox aldıqları üzük ölçüləridir.
* - Üzük ölçüləri ilə bağlı bir sıra ölkələrin qəbul etdikləri fərqli standartlar vardır. Bəzi ölkələrin isə ümumiyyətlə standartları mövcud deyil. Lakin, ortada hər kəs üçün aydın və hər kəs tərəfindən qəbul edilmiş müəyyən bir qayda (standart) olmalıdır ki, alıcı ölçünü düzgün seçə bilsin. Odur ki, əksər internet mağazalarda olduğu kimi, bizim mağazamızda da istinad ediləçək qayda kimi ABŞ ölçü standartı əsas götürülür.
ÜZÜYÜN ÖLÇÜSÜNÜN UYĞUNLUQ CƏDVƏLI
Rəylər
Hələ heç bir rəy yoxdur.