Haqqımızda

Mağazamıza xoş gəlmiziniz!

Sizləri https://www.nursach.com ünvanlı onlayn mağazamızda salamlamaqdan çox məmnunuq. İnanırıq ki, mağazamızda diqqətinizə təqdim edilən zərgərlik məmulatlarımız zövqünüzü oxşayacaq, onların üslub və dizayn həlli urəyinizcə olacaqdır. Diqqətlə seçilərək mühakimənizə buraxılan bütün məmulatlar 925 əyarlı gümüşdən hazırlanmışdır.

Zərgərlik nümunələrində istifadə olunan daş-qaşlara gəldikdə isə onu  qeyd etməliyik ki,onların bəzədilməsində təbii yarıqiymətli daşlar və Svarovski kristalları ilə yanaşı, labaratoriya şəraitində bərpa edilmiş daşlardan və ya xüsusi qətranlardan (ingiliscə resin) yararlanaraq hazırlanmış təbii daşların imitasiyalarından da istifadə edilmişdir. Odur ki, əgər daş-qaşın hansı xammaldan olması Sizin üçün prinsipial əhəmiyyət kəsb edirsə, məmulatı seçərkən bu nuansa diqqət yetirməyinizi rica edirik.

Uğurlu alış-verişlər!