Dairəvi qaşlı orijinal gümüş üzük

70,00

Dairəvi formalı təbii qiymətli daşlar və sirkonla bəzədilmiş 925 əyarlı bu orijinal gümüş üzük hər iki çinsin nümayəndələri üçün uyğun formada dizayn edilmişdir. Sadəcə, kişilər bir qayda olaraq daha tünd, daha ciddi rənglərə üstünlük verirlər. Odur ki, məqbul sandıqları variantı seçə bilərlər. Məmulatın nəzərə çarpan digər fərqli cəhəti onun daha zəngin və həcmli görünüşə malik olmasıdır.

Məhsulla bağlı əlavə məlumat və daha əyani təəssurat yaradacaq digər görüntülər

Təbii qiymətli daşlar və sirkonla bəzədilmiş 925 əyarlı bu orijinal gümüş üzüklə bağlı digər təfərruatlar::

Səth örtüyü: Oksidləşmişdir

Metal:925 əyarlı gümüş

İstehsal növü: Əl işi

Ölçüləri:18 mm (şəkilə bax)

Qiymətli daş

Ametist, Qarnet, Sapfir, Sitrin, Zümrüd

Ölçü

6, 7, 8, 9, 10

Rəylər

Hələ heç bir rəy yoxdur.

“Dairəvi qaşlı orijinal gümüş üzük” haqqında rəy yazan ilk siz olun.

ÜZÜYÜN ÖLÇÜSÜNÜN TƏYİN EDILMƏSI

 

Barmağınıza uyğun üzüyün ölçüsünün təyin edilməsinin bir sıra üsulları mövcuddur: üzüyün daxili diametrinə görə, xüsusi ölçü kalibrlərindən istifadə etməklə və s. Lakin, əlçatan və praktik üsullardan biri üzük taxılacaq barmağınızın ölçüsünün üzüyün daxili çevrəsinin uzunluğuna əsasən təyin edilməsi (yuxarıdakı şəkilə bax) və bu göstəriciyə uyğun standat ölçünün "Üzüyün ölçüsünün uyğunluq cədvəl"indən seçilməsidir. Beləliklə:

1. Barmağınızın üzük taxılan hissəsini 1sm x 10sm ölçüdə kağıza bükün.
2. Çevrənin qapandığı yeri nazik çızıqla işarələyin.
3. Xətkeş vasitəsi ilə kağızın kənarından çızığa qədər olan məsafəni ölçün. Bu, barmağınızın üzük taxılacaq hissəsinin ölçüsü, yəni üzüyün daxili çevrəsinin uzunluğudur. Bu ölçünün hansı ölçü standartına uyğun gəldiyini uyğunluq cədvəlindən müəyyən etmək olar. Məsələn, sözügedən cədvəldə daxili çevrəsinin uzunluğu 51,9 mm olan üzüyə ABŞ ölçü standartına* əsasən uyğun gələn ölçü 6, daxili çevrəsinin uzunluğu 62,3 mm olan üzüyə uyğun gələn ölçü isə 10-dur.

Dünyada ən çox alınan qadın üzükləri 6-dan 8-ə, kişi üzükləri isə 8-dən 14-ə qədər olan ölçüləri əhatə edir. 7 qadınların, 9 isə kişilərin ən çox aldıqları üzük ölçüləridir.

* - Üzük ölçüləri ilə bağlı bir sıra ölkələrin qəbul etdikləri fərqli standartlar vardır. Bəzi ölkələrin isə ümumiyyətlə standartları mövcud deyil. Lakin, ortada hər kəs üçün aydın və hər kəs tərəfindən qəbul edilmiş müəyyən bir qayda (standart) olmalıdır ki, alıcı ölçünü düzgün seçə bilsin. Odur ki, əksər internet mağazalarda olduğu kimi, bizim mağazamızda da istinad ediləçək qayda kimi ABŞ ölçü standartı əsas götürülür.

ÜZÜYÜN ÖLÇÜSÜNÜN UYĞUNLUQ CƏDVƏLI

 

       

Üzüyün ölçüsü (ABŞ standartı ilə)Üzüyün daxili diametri (mm-lə)Üzüyün daxili çevrəsinin uzunluğu (mm-lə)Üzüyün ölçüsü (ABŞ standartı ilə)Üzüyün daxili diametri (mm-lə)Üzüyün daxili çevrəsinin uzunluğu (mm-lə)
414.946.79.519.461
4.515.3481019.862.3
515.749.310.520.263.5
5.516.150.61120.765
616.551.911.521.166.2
6.516.953.21221.567.5
717.454.512.521.968.8
7.517.855.81322.370.2
818.257.213.522.671
8.518.558.2142372
918.959,3N/AN/AN/A